
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Mahir Bayramov Tehsil-press.az-a avtomobilin yenilikləri barədə məlumat verib: "Avtomobil "TOYOTA HILUX 4X4" markalıdır. Avtomobilin motoru 2500 kubmetrdir. Modelin adi "Gürzə" zirehindən fərqi odur ki, onun üstündə 3 silah - NSV-12,7 pulemyotu, AQS-30 tipli qumbaraatan və tank əleyhinə idarə olunan qurğu yerləşdirilə bilər. Həmin silahlar avtomobildə 3 dəqiqə ərzində dəyişdirilir. Bundan başqa, avtomobilin sağ və sol qapılarında iki pulemyot yerləşdirilir".
M.Bayramov deyib ki, avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Avtomobil 2000 metrdən hədəfi dəqiq nişan almağa və 4000 metrdə hədəfi vurmağa qadirdir.
O əlavə edib ki, avtomobildə quraşdırılan 7.62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür: "Sifariş əsasında "Gürzə"nin gülləkeçirməz zirehli modeli də istehsal olunur".

Tehsil-press.az