
Sonra çıxış edən İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollinini, Kassino və Cənubi Lazio universitetinin rektoru Covanni Bettanı, Çernoqoriyanın Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiçi Azərbaycanın qocaman universiteti olan BDU-da olmalarından məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri barədə ətraflı məlumat verdikdən sonra həmin universitetlərlə BDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, görüşdə forum çərçivəsində ölkəmizdə olan YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Girones, İtaliyanın Qenuya Universitetinin prorektoru Quido Franko Amoretti, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, Macarıstandan olan professor Qabor Həmzə də iştirak edib.
Mətbuat və informasiya şöbəsi




