Bu xəstəliyə tutulan insanlar qan ağlayır

Bu xəstəliyə tutulan insanlar qan ağlayır Qanlı gözyaşı, haemolakria xəstəliyinin başlıca göstəricilərindən biridir. Olduqca nadir rastlanan bu xəstəliklə bağlı tibb elmində bir neçə nümunə yer almaqdadır.

Tehsil-press.az xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ildə Antioc Tennesseedə çox güclü baş ağrısı çəkən bir kişinin qanlı gözyaşı tökdüyü qeydə alınıb. 
Daha da əhəmiyyətli bir fakt ondan ibarətdir ki, bu xəstənin eyni zamanda ağzından və burnundan da qan gəlib. Yaranan mənzərə həkimlərin təəccübünə səbəb olub. 
Alimlər insan gözyaşının tamamilə qandan ibarət olmasına səbəb olan haemolakria xəstəliyinin səbələrini tam olaraq aydınlaşdırmaq üçün araşdırmaları davam etdirirlər. İndiyənə qədər görülən işlər artıq bir neçə ip ucu göstərib. 1991- ci ildə aparılan bir araşdırmada isə haemolakrianın qadın genləri ilə əlaqəli olduğu irəli sürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər