Aygün 90 minlik maşınını satdı? - Yenilənib

Aygün 90 minlik maşınını satdı? - Yenilənib Xalq artisti Aygün Kazımova avtomobilini satıb.

Tehsil-press.az-a daxil olan məlumatına görə, müğənni özünə yeni aldığı “Chevrolet Camaro Cabriolet” markalı maşınını satmaq məcburiyyətində qalıb. Kazımovanın borcunu ödəmək üçün belə bir addım atdığı iddia olunur.
Avtomobilin qiyməti isə təxminən 90 000 dollardır. Sənətçi ilə bağlı daha bir xəbər isə özünə köməkçi axtarmasıdır.
Müğənninin ilkin şərti isə onunla əməkdaşlıq edən şəxsin avtomobilinin olmasıdır.
Xatırladaq ki, A.Kazımova avtomobilini bu ilin mart ayında almışdı.
***
Xalq artistinin mətbuat xidməti "Qafqazinfo"ya açıqlamasında yayılan xəbəri təkzib edib:
"Aygün xanımın maşını həyətindədir. Satmayıb, satmaq da fikri yoxdur". 

Tehsil-press.az

Aygün 90 minlik maşınını satdı? - Yenilənib

Aygün 90 minlik maşınını satdı? - Yenilənib

Oxşar xəbərlər