Bu gün saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Akademik Milli Dram Teatrında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcək. Həmçinin, teatrın foyesində şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq. Tədbir çərçivəsində konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Şair uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində alıb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alan Səməd Vurğun həmin illərdə ilk şeirlərini qələmə alıb. Daha sonralar şairə şöhrət qazandıran, çoxsaylı lirik şeirləri, poemaları, dram əsərləri oxucunun ixtiyarına verilib.
Tehsil-press.az