Texniki Universitetində xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Texniki Universitetində xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Mayın 24-də Azərbaycan Texniki Universiteti və Azərbaycan Könüllü Kitabxana Birliyinin təşkilatçılığı ilə Universitetdə xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Çıxışlarda XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin 60 ildən çox bir hissəsini əhatə edən Süleyman Rüstəm yaradıcılığının xalqımızın milli sərvəti olduğunu, onun Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat tarixinə daxil olmuş görkəmli simalardan biri olduğunu qeyd ediblər.
AzTU-nun rektoru, professor Havar Məmmədov çıxışında müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman Rüstəmin Vətənə, xalqa olan məhəbbətinin onun poeziyasında əks olunduğunu qeyd edib və şairin yaradıcılığına bugünkü gənclərin də müraciət etdiyini vurğulayıb. Daha sonra rektor tədbirdə iştirak edən bütün qonaqlara və təşkilatçılara təşəkkür edib.
Sonra Azərbaycan Könüllü Kitabxana Birliyi tərəfindən AzTU-nun rektoru, professor Havar Məmmədova fəxri fərman təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycanın tanınmış müğənniləri şairin şerlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Sonda şairin oğlu Azad Rüstəmov atası haqqında deyilən xoş sözlərə görə bütün çıxış edənlərə və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Universitetin foyesində Süleyman Rüstəmin yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub.
Tədbirdə şairin qələm dostları, ailə üzvləri, müğənnilər və AzTU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

AzTU-nun Mətbuat Şöbəsi

Oxşar xəbərlər