Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 47-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdən öncə ADU-nun tələbələri xiyabana gedərək şəhidlərimizin məzarlarını ziyarət etdilər. Şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə universitetin foyesində yaradılan açıq muzeyin qarşısında keçirilən anım mərasimində ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov başda olmaqla universitetin professor-müəllim heyəti və tələbələri iştirak edirdi. Anım mərasimi azadlıq uğrunda canından keçərək əbədiyyətə qovuşan Şəhid tələbə Ülvi Bünyadzadənin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı.
Professor Dünyamin Yunusov bugünkü tarixin şəhid tələbəmizin doğum günü olduğunu və tədbirin onun əziz xatirəsinə həsr edildiyini diqqətə çatdırdı. Ülvi Bünyadzadənin avtobioqrafiyasına ekskursiya edən professor onun yaşıdlarından fərqləndiyini dedi. Çıxışında Dünyamin Yunusov onun 5 yaşında oxuma, yazma qabiliyyətinin olmasını, 6 yaşında ilk şeirini, 12-13 yaşlarından etibarən mütəmadi şeirlər yazdığını, musiqi sahəsində istedadının olmasını, nümunəvi tələbə kimi fərqləndiyini vurğuladı. Dünyamin Yunusov şəhid tələbəmizin ölkəmizin müstəqilliyi uğrunda azadlıq ideyalarının daşıyıcısı olduğunu, milli azadlıq hərəkatına qoşularaq 20 Yanvar hadisələrində qorxmadan, cəsərətlə düşmən hərbi texnikasının üzərinə yeridiyini söylədi. Professor Ülvi Bünyadzadənin Azərbaycanı azad görmək arzusunun artıq reallaşdığını, tolerant, multikultural, humanist xalqımızın müstəqil bir dövlətin vətəndaşı olduğunu sözlərinə əlavə etdi. O, bu xalqın azadlığı, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan Ülvi Bünyadzədənin fiziki olmasa da ruhunun daim bizimlə olacağına əminliyini ifadə etdi. Çıxışının sonunda professor, Ülvi Bünyadzadənin timsalında bütün şəhidlərimizə rəhmət dilədi, şəhidlərimizlə fəxr etməyin, onların yolunu davam etdirərək mətin, mübariz, fəal olmağın vacibliyini diqqətə çatdırdı.
Çıxışına Azərbaycanın xalq şairi Səməd Vurğunun “Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər...” misraları ilə başlayan ADU-nun Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu dahi şairin bu bəndi sanki Ülvi Bünyadzadəyə həsr etdiyini dedi. Ülvinin həyatını qəhrəmanlıq səlnaməsi adlandıran və bununla fəxr etməliyik deyən M.Teymurlu, onun hünərli bir övlad kimi doğulduğunu, hər kəs tərəfindən tanındığını, cəsarəti, şücaəti ilə həmişə ülviləşdiyini ifadə etdi. O, hər il 23 sentyabr tarixində məhz ADU-da Ülvi Bünyadzadənin anıldığını diqqətə çatdıraraq tələbələrə onu unutmamağı tövsiyə etdi.
Sonda çıxış edən şəhid tələbənin bacısı professor Könül Bünyadzadə ailəsi və öz adından əziz qardaşının xatirəsinin hər il universitetdə yad edilməsinə görə rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov başda olmaqla, bütün əməkdaşlara təşəkürünü bildirdi. O, Ulvinin hələ də ADU-nun tələbəsi olaraq qaldığını, tələbələrə hər gün onunla qarşılaşdıqlarını dedi. Qardaşı ilə bağlı xatirələrini iştirakçılarla bölüşən Könül Bünyadzadə Ülvi ilə hər dəfə ünsiyyətdə olarkən yeni nə isə öyrəndiyini, onu özünə ideal seçdiyini söylədi.
Sonda ADU TGT-nin nəzdində fəaliyyət göstərən Yazarlar klubunun üzvləri Ülvi Bünyadzadəyə həsr olunan şeirlər səsləndirdilər.
Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmənli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi.

ADU-nun Mətbuat Xidməti