
BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamladı və “Robototexnika”nın Azərbaycanın iqtisadiyyatı üçün vacib bir istiqamət olduğunu bildirib.
Sonra NASA-da çalışmış məşhur Azərbaycanlı gənc alim Teymur Sadıxov layihə iştirakçıları qarşısında məruzə ilə çıxış edib.
Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilmiş 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) “Robototexnika”nın nəzəri və təcrübi istiqamətləri barədə əyani metodiki vəsaitlərlə 5 günlük seminar keçiriləcək və seminarların son günündə komandalar arasında yarışma təşkil olunacaq. Yarışmada komandalara müxtəlif hissələrdən robot hazırlanması tələbi qoyulacaq və ilk yer tutan komanda üzvlərinə metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıqdan istifadə edərək öz biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.
BANM-nin Mətbuat Xidməti

