"Qazax rayonunda şəkər çuğunduru üçün əkin sahələri nəzərdə tutulub. Bu da çox vacib bir sahədir. Çünki biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, İmişlidə fəaliyyətdə olan şəkər zavodu yerli xammal əsasında işləsin".
Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında deyib.
Ölkə başçısı bildirib ki, digər sahələrdə də belə olmalıdır: "Bilirəm ki, indi Qazax rayonunda fındıqçılığa da böyük maraq göstərilir, dövlət də bunu dəstəkləyir. Bu da çox gəlirli bir sahədir, həm kənd adamlarının maddi vəziyyətini yaxşılaşdıracaq, həm də böyük ixrac potensialımız yaranacaq.
Biz çalışmalıyıq ki, təbii şəraitimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bu günə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Bunun üçün aqrotexniki, xüsusilə suvarma ilə bağlı tədbirlər görülür, yerli icra orqanları bu işlərə qoşulublar. Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq. Yəni, bu, dövlət tərəfindən görülən işlərdir. Əgər bu işlərə infrastruktur layihələrini də əlavə etsək, mənzərə daha aydın olar. Çünki kənd təsərrüfatının inkişafı üçün ilk növbədə infrastruktur layihələri lazımdır. İndi yollar çəkilir. Bu gün Qazax-Kosalar avtomobil yolunun açılışını qeyd etdik. Elektrik enerjisi ilə təminat sahəsində də problemlər yoxdur. Qazlaşdırma ölkə üzrə hələ 100 faizə çatmasa da Qazax rayonunda 100 faiz səviyyəsindədir. İçməli su layihəsinin icrasına gələn il başlanmalıdır. Bilirəm ki, bu problemlər var. Bəzi rayonlarda artıq bu, öz həllini tapıbdır. Gələn il Qazax şəhərinin və bəzi kəndlərin içməli su layihələrinin icrasına başlanmalıdır".
Azərbaycan Prezidenti vurğulayıb ki, digər infrastruktur layihələri icra edilib ki, kənd təsərrüfatının, sənayenin inkişafına onun bilavasitə təsiri var: "Eyni zamanda, emal müəssisələri yaradılmalıdır. Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır".
Tehsil-press.az