İŞİD 8 min ailəni qaçırıb - BMT-dən şok açıqlama

İŞİD 8 min ailəni qaçırıb - BMT-dən şok açıqlama BMT İŞİD terror təşkilatı ilə bağlı qorxunc statistika açıqlayıb.

Tehsil-press.az xəbər verir ki, təşkilat İŞİD-in Mosul və ətrafından 8 min ailəni və ya on minlərlə mülki vətəndaşı qaçırdığını bəyan edib.
“Reuters”in xəbərinə görə, qaçırılan ailələr canlı qalxan kimi istifadə edilmək üçün Mosula aparılıb.
BMT, eyni zamanda İŞİD-in Mosul yaxınlarında 232 nəfəri öldürdüyünü açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər