MN: Cəbhədə atəşkəs 39 dəfə pozulub

MN: Cəbhədə atəşkəs 39 dəfə pozulub Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Müdafiə Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər