Vladimir Çernov: Regionlararası Forum Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayır

Vladimir Çernov: Regionlararası Forum Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayır Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumu hər iki ölkənin münasibətlərinin inkişafında mühüm rol oynayır.

Tehsil-press.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov jurnalistlərə müsahibəsində deyib.
Vladimir Çernov aktual məsələlərlə bağlı müzakirələrin aparıldığı Forumda Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təkliflərin səsləndirildiyini diqqətə çatdırıb.
“Bizim bir-birimizi daha yaxından tanımağımız əməkdaşlıq üçün geniş imkanlar açır və ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənir”, – deyən Vladimir Çernov Forum çərçivəsində imzalanan sənədlərin əlaqələrin inkişafı baxımından önəm kəsb etdiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər