Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir
Noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən tehsil-press.az-a bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub.
“Qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Tehsil-press.az
- Baxış: 5280
Xəbərin tarixi: 02.11.2016 / 11:01
-
Oxşar xəbərlər