Bu il Bakıdan ən çox İstanbula uçublar

Bu il Bakıdan ən çox İstanbula uçublar Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 265 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Bu barədə tehsil-press.az-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, ümumilikdə, 2016-cı ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 milyon sərnişinə xidmət göstərib. Milli aviadaşıcıya 1,7 milyon sərnişin üstünlük verib, o cümlədən AZAL-ın Naxçıvan və Gəncəyə daxili uçuşlarında 468 min sərnişin daşınıb. Bu da ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir.
Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınıb. Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.
2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komaviatrans” aviaşirkətləri, həmçinin "Pobeda" loukosteri Bakıya uçuşlara başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər