MTN-də TANAP haqda şübhəli sual: Çovdarov BP-nin işçisini niyə dinlədib...

MTN-də TANAP haqda şübhəli sual: Çovdarov BP-nin işçisini niyə dinlədib... Ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Akif Çovdarovun işi üzrə zərərçəkənlərdən biri də BP şirkətinin əlaqələr üzrə aparıcı mütəxəssisi İbrahimov Emil Əli oğludur.

Tehsil-press.az xəbər verir ki, onun adı bir qrup sahibkarın telefonlarının qanunsuz dinlənilməsi epizodu üzrə keçir. Belə məlum olur ki, Çovdarovun idarəsi həmin əməkdaşa BP tərəfindən verilmiş korporativ telefon nömrəsini qanunsuz dinləməyə qoyub.
Emil İbrahimov ifadəsində deyib ki, 2014-cü ilin aprel ayından BP-də əlaqələr üzrə aparıcı mütəxəssis işləyir. İşi şirkətin həyata keçirdiyi layihələr üzrə əlaqələndirməni həyata keçirməkdir. İbrahimovun bildirdiyinə görə 2015-ci ilin may ayında, saat 10 radələrində onun həmin telefon nömrəsinə zəng edilib. Zəng edən şəxs özünü MTN əməkdaşı kimi təqdim edib, ona bildirib ki, təcili nazirliyə gəlsin.
BP əməkdaşı cəmi iki saat sonra MTN-də olur. Onu qapıda qarşılayıb MTN-nin inzibati binasının 4-cü mərtəbəsinə (Çovdarovun idarəsinin yerləşdiyi mərtəbəyə) qaldırırlar. İbrahimovu dəhlizdə bir qədər gözlədirlər və daha sonra otaqlardan birinə aparırlar. Orada onu 35-37 yaşlı, adını, vəzifəsini bilmədiyi MTN əməkdaşı qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər