Binəli Yıldırımdan Trampa çağırış: Fəthullah Güləni ekstradisiya edin
Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib və onu Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.
Bu barədə Tehsil-press.az "TRT Haber" telekanalına istinadən məlumat verir.
Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir:
"Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".
Tehsil-press.az
- Baxış: 5523
Xəbərin tarixi: 09.11.2016 / 15:38
-
Oxşar xəbərlər