İnquşetiya hökuməti istefaya göndərildi

İnquşetiya hökuməti istefaya göndərildi İnquşetiya rəhbəri Yunus-Bəy Yevkurov respublika hökumətini istefaya göndərib.

Rusiya mətbuatı xəbər verir ki, respublika rəhbəri hökumətin fəaliyyətini kifayət qədər səmərəli hesab etmədiyindən və Federasiya subyekti inkişaf yolunda yeni mərhələyə qədəm qoyduğundan bu addımı atıb.
“Hökumətin qarşısında duran ən mühüm məsələlər öz həllini tapmayıb. Bizə yeni mərhələdə daha güclü və məsuliyyətli əməkdaşlar lazımdır”, - Yunus-Bəy Yevkurov söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər