Ölkəmizdə təcili yardım xidməti yüksək səviyyədə təşkil edilib

Ölkəmizdə təcili yardım xidməti yüksək səviyyədə təşkil edilib Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən stansiyanın baş həkimi Rauf Nağıyev 2007–ci ildən 2016-cı ilədək “113” xidmətinin dispetçer mərkəzinə yol-nəqliyyat hadisələri ilə bağlı 9394 müraciət qəbul edildiyini bildirib. Qeyd olunub ki, həmin dövrdə baş vermiş hadisələr zamanı 12223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu pasiyentlərdən 7866-sı xəstəxanalara yerləşdirilib. Ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayı azalmağa doğru gedir. Bu ilin yanvar–oktyabr aylarında isə yol-nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Hadisələr zamanı 1140 nəfər zərər çəkib. Ümumilikdə zərərçəkənlərdən 758 nəfər xəstəxanalara yerləşdirilib. Yol-nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə qeydə alınıb. Diqqətə çatdırılıb ki, bu ilin yanvar ayından noyabr ayınadək yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib. Yol-nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.
Tədbirdə o da bildirilib ki, yol qəzaları zamanı bəzi nəqliyyat vasitələrinin sürücüləri təcili yardım avtomobillərinə yol verməyərək hospitalizasiyanın ləngiməsinə, zərərçəkənlərin vəziyyətinin ağırlaşmasına səbəb olurlar.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər