Gəncədə "Jiquli" 7 piyadanı vurdu

Gəncədə Gəncədə piyadalın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Tehsil-press.az bildirir ki, hadisə mayın 19-da saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. Məlumata görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində 7 piyada vurulub. Xəsarət alan piyadalardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan üçü uşaqdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər