Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var

Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb.

Tehsil-press.az xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Zəylik kəndində qeydə alınıb. Sürücünün sərnişin avtobusunda idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb, nəticədə bir nəfər ölub, bir neçə nəfər yaralanıb.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.


Tehsil-press.az

Oxşar xəbərlər