Səfir: Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir

Səfir: Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir ATƏT ərazisindəki münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir.

Tehsil-press.az-ın məlumatına görə, bunu Brüsseldə mətbuat konfransı zamanı ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer deyib.
Onun sözlərinə görə, ABŞ və Minsk qrupunun digər üzvləri Dağlıq Qarabağ münaqişəsini Hamburqda ATƏT Xarici işlər nazirlərinin görüşündə müzakirə etmək niyyətindədir.
O, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini diqqətlə izlədiyini bildirib.
Qeyd edək ki, ATƏT Xarici işlər nazirlərinin görüşü Hamburqda dekabrın 8-9-da keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər