Tələbələr universitet bufetlərindəki bahalıqdan narazılıq edir

Tələbələr universitet bufetlərindəki bahalıqdan narazılıq edir Tələbə həyatı. Hamı təsdiqləyər ki, tələbənin cibi o qədər də dolu olmur. Yəni istədiyi kimi yeyə, geyinə bilmir. Hələ bir də bunun kitab-dəftər, kirayə qalmaq kimi xərcləri var. Digərləri bir kənara, ən vacibi tələbənin yaxşı qidalanmasıdır ki, zehni yaxşı işləsin. Bəs görəsən tələbənin vaxtının ən çox keçdiyi universitetlərdə bufetlərin vəziyyəti və qiymətlər necədir? “Xəzər TV”nin əməkdaşları mövzunu araşdırıb.

Tələbələr universitetlərdəki bufetlərdə qiymətlərin yüksək olmasından narazıdır. Deyirlər ki, çöldə satılan məhsullar bufetdə bir qədər baha təqdim olunur. Halbuki, tələbələrə təqdim olunan xidmətlər universitet daxilində daha ucuz olmalıdır.
Tələblər deyir ki, bu qiymətlər onlara sərf etmədiyindən çox zaman ya evdən özləri ilə yemək gətirirlər, yaxu da çıxıb kənardan alırlar.
Bir neçə təhsil ocağının bufeti və qiymətlərlə maraqlanmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Yalnız bir universitet həm bufeti həm də qiymətləri haqda məlumat verdi.
Marketoloq Yusif Vəliyev isə təklif edir ki, əgər tələbələr daha ucuz xidmət tələb edirsə bu zaman universitetlər bufetlərini hazırki icarədardan alaraq yemək xidməti ilə məşğul olan şirkətlərə həvalə edə bilər. Hazırda ölkədə yemək xidməti göstərən şikətlər hədsiz çoxdur və onlar maksimum ucuz qiymətə işləyirlər.



Tehsil-press.az

Oxşar xəbərlər