
Amerika alimləri davamlı araşdırmalardan sonra məyusedici qənaətə gəliblər. Sən demə, ürək-damar xəstəlikləri və xərçəng nikotin asılılığının əmələ gətirdiyi xəstəliklər aysberqinin yalnız gözlə görünən hissəsidir.
Tehsil-press.az xəbər verir ki, amerikalı alimlər yaşı əllidən çox olan bir çox siqaretçəkənin sağlamlıq durumunu müayinə ediblər. Nəticələr onları heyrətləndirib. Tədqiqat göstərib ki, nikotin asılılığının əmələ gətirdiyi xəstəliklərdən əvvəllər rəsmi statistikada göstərildiyindən 20 faiz çox adam dünyasını dəyişir.
Alimlərin fikrincə, döş və prostat vəzisi xərçəngi, hipertoniya kimi xəstəliklər, müxtəlif infeksiyalar da siqaretçəkmədən qaynaqlanan fəsadlardır. Alimlər siqaretçəkmə ilə bu xəstəliklər arasında qarşılıqlı əlaqənin olduğunu sübut etmək və nikotin asılılığının insan sağlamlığına necə ziyan vurduğunu hamıya göstərmək istəyirlər.
Tehsil-press.az