Əsəd qüvvələri Hələbdə qətliam törədib, küçələr meyitlə doludur

Əsəd qüvvələri Hələbdə qətliam törədib, küçələr meyitlə doludur BMT-nin Təhlükəsizlik Şurası bu gün Hələbdəki vəziyyəti müzakirə etməyi planlaşdırır. Bu, BMT-nin Suriyanın hökümət yönümlü qüvvələrinin şərqi Hələbdə evlərə girərək azı 82 dinc sakini öldürməsi barədə bəyanatından sonra baş verəcək.BMT-nin insan haqlarıŞurası Hələbin dörd rayonunda azı 82 dinc sakinin yerindəcə güllələndiyi barədə etibarlı məlumatın olduğunu bəyan edib.BMT-nin sözçüsü deyib ki, "Hələbdə insanlıq tamamilə çöküb".
Şərqi Hələbi dörd il idarə edən üsyançı qüvvələr məğlübiyyət ərəfəsindədir.Deyilənlərə görə hökümət yönümlü qüvvələr irəli getdikcə minlərlə insan hələ də üsyançıların əlində qalan son məhlələrdə ağır bombardman altındadır. BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Suriya hökuməti və Rusiyaya bombardmanı dayandıraraq dinc sakinlər üçün təhlükəsiz çıxış yolu açmağa çağırıb.
Cenevrədə keçirilən mətbuat konfransında BMT-nin insan haqları sözçüsü Rupert Colville baş verən hadisələr barədə məlumat verib. O bildirib ki, 11 qadın və 13 uşaq daxil olmaqla, 82 dinc sakin güllələnərək öldürülüb. Colville deyir ki, ona çoxsaylı dinc sakinin hökumətyönlü qüvvələr tərəfindən tutulmasından əlavə, döyüşçülərin "evlərə girib qadın və uşaqlar da daxil olmaqla, içəridə tapdıqları hər kəsi öldürdükləri" barədə məlumatlar verilib.
"Dünən axşam bizə narahatedici xəbər gəlib ki, küçələr meyitlərlə doludur", o əlavə edib. "Güclü bombardman və yerindəcə güllələnmə təhlükəsinə görə sakinlər meyitləri götürə bilmirlər", Rupert Colville qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər