Fransız-Azərbaycan Universitetinə direktor təyin olundu

Fransız-Azərbaycan Universitetinə direktor təyin olundu Təhsil Nazirliyinin razılığı ilə universitetin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyin olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən tehsil-press.az-a verilən məlumata görə, dosent Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub. UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor Mustafa Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.
V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən fransız təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər