ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin qaldırılması barədə məlumatından sonra dünya bazarlarında neft sürətlə ucuzlaşmağa başlayıb. Tehsil-press.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:05-ə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçersinin 1 barreli 53,83 dollara satılıb. Bu göstərici çərşənbə günü səhər qeydə alınmış rəqəmdən 1,89 dollar, yaxud 3,39% aşağıdır.