İclasın sonunda Qafqazın ən böyük təhsil facebook səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"nin admini Zöhrab Süleyman “İlin ən yaxşı rektoru” diplomunu rektor, akademik Abel Məhərrəmova təqdim edib. Tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi universitetin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən sorğuda qalib olan rektor, akademik Abel Məhərrəmov simvolik diplomu qəbul edib, sorğuda iştirak edən tələbələrə öz təşəkkürünü bildirib.
Mətbuat və İnformasiya şöbəsi


