Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib

Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. Fakültənin dekanı, professor Məhəmmədəli Ramazanov iclası açıb və gündəlikdə olan məsələləri elan edib.
Sonra fakültə Tədris-Metodiki Şurasının sədri, professor Əhməd Abdinov “Fizika fakültəsi Tədris-Metodiki Şurasının 2015/2016-cı tədris ili üçün hesabatı”nı təqdim edib. Professor Əhməd Abdinov ötən yarım il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına məlumat verib. Qeyd edib ki, fakültədə iki ixtisas üzrə tədris olunan fənlərin hər biri üçün vahid məzmunlu və bütün fənlər üçün vahid formaya (struktura) malik olan 104 baza “Fənn proqramı”nın elektron və kağız variantında layihəsi hazırlanıb.
Professorun təqdimatından sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Professorlar R.Qasımova, Ş.Əsgərov, Y.Nurullayev, dosent M.Rəcəbov fakültə TMŞ-nın fəaliyyətinin vacibliyi qeyd ediblər. Fakültənin dekanı, professor M.Ramazanov və BDU-nun Tədris-Metodiki Şurasının nümayəndələri dosent V.Qasımov, professor L.Qasımova və başqaları hesabatı yüksək qiymətləndiriblər.
Sonra Elmi Şuranın gündəliyində olan cari məsələlər müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi


Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib

Oxşar xəbərlər