Avtobus dayanacağına soba quraşdırdı

Avtobus dayanacağına soba quraşdırdı Türkiyənin Sakarya şəhərinin sakini avtobus dayanacağına soba quraşdırıb.

Tehsil-press.az bildirir ki, Rəhman Ələmdar adlı şəxs səhər dərsə gedən uşaqların dayanacaqda üşüməməsi üçün belə bir addım atıb. O bildirib ki, məktəbliləri dərsə aparan avtobusun nə vaxt gələcəyini əvəlcədən bilmək olmur və uşaqlar şaxtalı havada çöldə gözləməli olur. Bu səbəbdən də o, öz hesabına soba alaraq dayanacağa yerləşdirib və hər səhər evinin yaxınlığındakı dayanacağa gələrək sobanı işə salır.

Avtobus dayanacağına soba quraşdırdı

Tehsil-press.az

Oxşar xəbərlər