ABB şirkəti Bakı Ali Neft Məktəbində laboratoriya qurur

ABB şirkəti Bakı Ali Neft Məktəbində laboratoriya qurur Bakı Ali Neft Məktəbinin (BANM) və ABB şirkətinin birgə əməkdaşlığı çərçivəsində bu şirkət BANM-i müasir tədris mərkəzi ilə təmin edir.
Mərkəz müasir enerji infrastrukturları ilə bağlı layihələrdə istifadə olunan nəzarət, avtomatlaşdırma və alətlər texnologiyalarını təmin etməklə tələbələrə təhlükəsiz, nəzarət olunan mühitdə, zavodlarda müasir nəzarət yerlərini əvəzləyən şəraitdə təhsil almağa imkan yaradır. Belə ki, tədris mərkəzi tələbələrin nəzəri biliklərinin təcrübəyə çevrilməsinə kömək edir.
BANM-in rektoru Elmar Qasımov mərkəzin üstünlüklərindən danışaraq bildirib ki, tələbələr dərs prosesində öyrəndiklərini sənaye avadanlığı və yeniliklərə əlavə etməklə akademik mühitdən sənayeyə sürətlə daxil olacaqlar.
ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımov vurğulayıb ki, gələcək mühəndisləri praktik olaraq yeni və köhnə sənaye texnologiyaları ilə tanış etməklə həmin avadanlıq auditoriyalara gerçək dünyanı göstərir.
Şirkətin regional direktoru Martin Qradi deyib: “ABB dünyanın strateji yerlərində tədris və təlim mərkəzlərinin yaradılması üçün illərlə çalışıb. Çox məmnunuq ki, bu bölgədə əməkdaşlıq istiqamətində növbəti addımı atmaqla BANM-ə, onun tələbələrinə və sənayeyə dəstək göstəririk”.

ABB şirkəti Bakı Ali Neft Məktəbində laboratoriya qurur

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər