Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi qaliblərinin təltif olunması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və şagirdlər iştirak edib.
Mərasimdə çıxış edən Firudin Qurbanov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığının yeniyetmələrin tərbiyələnməsi sahəsində önəmindən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb.
Tədbirdə çıxış edənlər dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən danışıblar.
Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin yaradıcılığı ilə gənc nəsli incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaq, dahi şairin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, ifaçılıq qabiliyyətini və xalq mahnılarının təbliğ edilməsini inkişaf etdirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.
Müsabiqədə 4 nominasiya üzrə 79 qalib yer müəyyən olunub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam etdirilib.