
Tehsil-press.az xəbər verir ki, bu haqda “Reuters” polisdəki mənbələrə istinadən bildirir. Tunisdən olan və Almaniyadan sığınacaq almaq istəyən terrorçu Anis Amrinin polislə atışmada öldürüldüyü bildirilir.
Xatırladaq ki, Anis Amri Polşa yükdaşıma şirkətinə məxsus TIR-ı sürücüsü ilə birlikdə qaçırıb və Berlində yeni il yarmarkasında dəhşətli terror törədib. TIR-ın sürücüsü ona müqavimət göstərmək istərkən terrorçu tərəfindən öldürülüb.

Tehsil-press.az