
Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, danışıqlar zamanı tərəflər Azərbaycan və İsrail hökumətləri arasında hava əlaqəsi haqqında saziş layihəsini razılaşdırıb.
Eyni zamanda, iki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, hər iki ölkənin təyin olunan aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəlib.
Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
Tehsil-press.az