Bu tarixdə meteorit yağışı yağacaq

Bu tarixdə meteorit yağışı yağacaq Alimlər bildirirlər ki, 2017-ci il yanvarın 3-dən 4-nə keçən gecə Yer kürəsi sakinləri meteorit yağışının şahidi olacaqlar. Söhbət saatda 40-200 meteorit gücündə olan Kvadrantid yağışından gedir.

Tehsil-press.az xəbər verir ki, 80 kilometr hündürlükdə bütün kosmik obyektlər yanmağa başlayacaq. Yer kürəsi sakinləri bu təbiət hadisəsini müşahidə edəcəklər. Şimal yarımkürəsi sakinlərinin bəxti daha çox gətirəcək. Onların qarşısında “axan ulduzlardan” ibarət gözəl mənzərə açılacaq. Meteorit yağışı saat 23.00-da yağmağa başlayacaq. Divar Kvadrantı deyilən bürcün şərəfinə Kvadrantid adlandırılan meteor yağışı haqqında ilk məlumat 500 ildən çox əvvələ aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər