Ankara Obamanı terrorçulara silah çatdırılmasında ittiham etdi

Ankara Obamanı terrorçulara silah çatdırılmasında ittiham etdi ABŞ terrorçulara görə Ankara ilə strateji əməkdaşlığını riskə atmamalıdır.

Tehsil-press.az-ın bildirir ki, belə bir bəyanatla Türkiyənin hökumət başçısı Binəli Yıldırım çıxış edib. Baş nazir terrorçulara silahların çatdırılmasına görə məsuliyyəti ABŞ-ın indiki prezidenti Barak Obama administrasiyasının üzərinə qoyub.
"Birləşmiş Ştatlar Türkiyə ilə strateji əməkdaşlığın terror təşkilatı tərəfindən arxa plana keçirilməsinə imkan verməməlidir”, - deyə Türkiyə hökumətinin başçısı bu gün ölkə parlamentindəki çıxışında bildirib.
Yıldırım, həmçinin ümidvar olduğunu bildirib ki, ABŞ-ın yeni prezidentinin administrasiyası Türkiyənin terror təşkilatları kimi tanıdığı Suriyadakı PYD kürd qruplaşmasına və onun silahlı qanadı YPG-yə silah çatdırılmalarına son qoyacaq.

Tehsil-press.az

Oxşar xəbərlər