Qubada iki qardaşı maşın vurdu

Qubada iki qardaşı maşın vurdu Quba rayonunda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tehsil-press.az xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb. Məlumata görə, Musayev Mehman Əmirqulu oğlu öz avtomobili ilə hərəkətdə olarkən 2006-cı il təvəllüdlü kənd sakini Qurbanov Xəqani Nurağa oğlunu və onun qardaşı Qurbanov Rinadı vurub. Nəticədə Qurbanov Xəqani "qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz altı nahiyəsinin əzilmiş-cırılmış yarası" xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qurbanov Rinad isə ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər