Bayram günlərində azərbaycanlı turistlərin üstünlük verdiyi ölkə hansı oldu?

Bayram günlərində azərbaycanlı turistlərin üstünlük verdiyi ölkə hansı oldu? Yeni il bayramı günlərində Azərbaycanda istirahət edənlər əsasən, yerli vətəndaşlar olublar.

Bunu Tehsil-press.az Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, bayram günlərində mehmanxana yerləri də daha çox yerli turistlər tərəfindən bronlaşdırılıb. Yeni il günlərində Azərbaycana istirahətə gələn əcnəbilər isə əsasən, Rusiya, İran, ərəb ölkələri və Qazaxıstan vətəndaşları olublar.
Ümumilikdə gələn əcnəbilərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, həm yerli, həm də əcnəbi turistlər Azərbaycanın əsasən, Şamaxı, Şəki, Qax, Qəbələ, Qusar, Quba rayonlarında istirahət etməyə üstünlük veriblər.
AzTA rəsmisi hesab edir ki, xarici turistlərin, o cümlədən əvvəllər dincəlmək üçün Türkiyəyə, Avropa ölkələrinə gedən Azərbaycan vətəndaşlarının bu il ölkə daxilində istirahətə üstünlük verməsinin əsas səbəbi təhlükəsizliklə bağlıdır:
“Bunun əsas səbəblərindən biri dünyada baş verən terror hadisələridir. Azərbaycanda ictimai-siyasi vəziyyət stabildir, eyni zamanda turistlər üçün təhlükəsiz ölkədir. Azərbaycanda multikultural dəyərlərin yüksək olması, manatın devalivasiyası, infrastrukturun qış turizmi üçün münasibliyi də ölkəmizə marağı artırır".
Xatıladaq ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü ( (2016-cı il, 31 dekabrı) və Yeni il bayramı (2017- ci il, 1, 2 yanvar) ilə əlaqədar dekabrın 31-dən yanvarın 5-dək ölkədə qeyri-iş günləri olub.

Tehsil-press.az

Oxşar xəbərlər