
Ölkə turizminə zərər gətirən belə halların qarşısını almaq üçün Banklar Assosiasiyası yeni təkliflə çıxış edib. Banklar Assosiasiyası sədrinin sözlərinə görə təkliflər artıq Maliyyə Bazarlarına Nəzarət Palatasınə təqdim edilib və qısa zamanda bu məsələnin öz həllini tapacağı gözlənilir.
Turizm ekspertləri isə bu təklifin reallaşmasının turistləri məmnun etmək baxımından önəmli olduğuna diqqət çəkirlər. Ekspertlərin fikrincə, otellərə valyutadəyişmə səlahiyyətinin verilməsi turistlərin rahatlığını təmin etməklə yanaşı, ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olacaq.
tehsil-press.az