Bakı sakinləri harada istirahət edir? - Sorğu

Bakı sakinləri harada istirahət edir? - Sorğu Bakı sakinlərinin 27% -i paytaxdan kənarda istirahət edir.

ACT Azərbaycan Bakı şəhər əhalisi arasında yay istirahəti ilə bağlı sorğu keçirib.
Tehsil-press.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən Bakı şəhər əhalisi əsasən bu aylarda - iyul (54%) və avqustda (30%) istirahət etməyi planlaşdırır.
Rəyi soruşulanların 27 %-i bu yay istirahət etmək üçün paytaxtı tərk edəcək. Bakıdan kənarda istirahət etməyi planlaşdıranların 64%-i bölgələrdə dincələcək.
İstirahət üçün seçilən regionlar arasında lider Qubadır (20%). Qəbələ 10%-lə ikinci, Nabran və Şəki isə 7%-lə üçüncüdür.
İstirahətini Azərbaycanda planlaşdıranlar tətil zamanı əsasən şəxsi və ya qohumların evində (51%), digərləri isə kirayə evlər (20%), mehmanxanalarda (12%) qalacaqlar. Bölgələrdə istirahət etməyi düşünənlər tətillərini təbiət qoynunda (49%) keçirməyə maraq göstərirlər. Digərləri isə passiv istirahəti planlaşdırır (39%).
Xaricə üz tutan bakılıların əsas seçimi isə Türkiyə (24%), Gürcüstan (22%) və Ukraynadır (14%). Ölkə xaricində istirahət edənlər əsasən otellərdə (70%), bəziləri isə dost-tanış evində (21%) qalırlar.
Bu yay dincəlmək üçün xaricə üz tutanlar əsasən passiv istirahətə diqqət ayıracaqlar (32%). Digər qrup isə tarixi məkanları və yerli memarlıq abidələrini ziyarət edəcək (25%). Təbiət qoynuna çıxmaq istəyənlər 21%, şoppinqi planlaşdıranlar isə 13%-dir.
Qeyd edək ki, sorğu 12-15 iyun tarixlərində Bakı şəhərində telefon vasitəsi ilə həyata keçirilib. Ümumilikdə sorğuda 400 respondent iştirak edib.


Tehsil-press.az

Oxşar xəbərlər