ANAMA: Cəbhəboyu rayonlarda 30 min kv.m-ə yaxın ərazi yoxlanılıb

ANAMA: Cəbhəboyu rayonlarda 30 min kv.m-ə yaxın ərazi yoxlanılıb Aprelin 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəboyu rayonlarda 30 min kv.m-ə yaxın ərazi yoxlanılıb. Bu barədə ANAMA-dan Trend-ə daxil olan hesabatda deyilir.

Aprelin 18-də Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat aşağıdakı kimidir:
Tərtər rayonu
Qaradağlı kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 16 000 kv.m. ərazi yoxlanılıb.
Qapanlı kəndi - 2 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 8 000 kv.m. ərazi yoxlanılıb.
Cəmi: 6 ev və həyətyanı sahə, 18 partlayış yeri və 24 000 kv.m. ərazi yoxlanılıb.
Goranboy rayonu
Qaxdud kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 2 partlamış sursat aşkar edilib və nəticə etibarlilə 210 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 1 735 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Evoglu kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 3 000 kv.m ərazi yoxlanılıb.
Aprelin 18-də Agentlik tərəfindən 8 ev, 35 partlayış yeri, 2 əkin sahəsi və 28 945 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, ANAMA tərəfindən 7-18 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 278 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keşirilib, 137 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

tehsil-press.az

Oxşar xəbərlər