Prezidentin qızı 113 dollarlıq libas geyindi - Fotolar
ABŞ prezidenti seçilən Donald Trampın qızı İvanka Tramp Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib. Tehsil-press.az-a istinadən xəbər verir ki, 35 yaşlı İvanka yaz ab-havalı və dəbli libas geyinib. Fotokameralara tuş gələn xanım Tramp yasəmən rəngi paltardan istifadə edib. "Oasis" brendindən olan paltarın qiymətinin 113 dollar olduğu vurğulanıb.