Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin universitetlərinin 2016-cı ilin ikinci yarımili üçün reytinqini açıqlayıb. Siyahıda ilk üç yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür. Sevindirici haldır ki, ölkəmizin bir neçə universitetinin də adının düşdüyü reytinq siyahısında Azərbaycan Dillər Universitetinin (ADU) də adı öz əksini tapıb. ADU siyahıda 121-130-cu pillələrdə qərarlaşıb.
Qeyd edək ki, reytinq siyahısında Türkiyə, Çexiya, Polşa, Qazaxıstan, Belarus, Estoniya və digər dövlətlərin universitetləri də yer alıb.
Qeyd edək ki, reytinq siyahısında Türkiyə, Çexiya, Polşa, Qazaxıstan, Belarus, Estoniya və digər dövlətlərin universitetləri də yer alıb.
ADU-nun Mətbuat Xidməti