Nəzarətçi-müəllimlər üçün treninqlərə başlanılıb

Nəzarətçi-müəllimlər üçün treninqlərə başlanılıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakının Yasamal, Binəqədi, Səbail, Nərimanov rayonları, eləcə də Gəncə, Ağcabədi, Kürdəmir, Lerik, Ağdaş, Saatlı, Sədərək, Şərur, Xızı, Şamaxı, Ağdam, Yardımlı, Kəngərli, Qax, Ucar, Sabirabad şəhər və rayonları üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün yanvarın 10-dan 13-dək seminar-məşğələlər keçirilib.
DİM-dən tehsil-press.az-a bildiriblər ki, bu qurumun mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara Bakı şəhəri üzrə 83 təhsil müəssisəsindən 314, regionlardan isə 332 təhsil müəssisəsindən 893 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 55 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib.
Nəzarətçilərin imtahan prosesi ilə əyani tanışlığı məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah olunub, və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
Seminar iştirakçıları DİM tərəfindən sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
Qeyd edək ki, seminarlar qrafikə uyğun olaraq (http://tqdk.gov.az/news/events/2694/) digər rayonlarda davam edir.

Nəzarətçi-müəllimlər üçün treninqlərə başlanılıb

Tehsil-press.az

Oxşar xəbərlər