ADU-da Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib

ADU-da Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə qədim Çin filosofu, neokonfutsiçiliyin banisi Çjou Dunyinin 1000-ci ildönümünə həsr olunmuş “Neokonfutsiçilik-ənənəvi Çin fəlsəfə sistemi kimi” mövzusunda elmi seminar keçirilib.
Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov Çin mədəniyyətinin ən əhəmiyyətli hadisələrindən olan neokonfutsiçiliyin mənşəyi və onun inkişafının əsas aspektləri haqqında məlumat verib. O, bu fəlsəfənin müasir Çin ideologiyasının formalaşmasında böyük rol oynadığını qeyd edib.
Seminarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun Fəlsəfənin müasir problemləri şöbəsinin müdiri Əli Abasov və AMEA-nın Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu şöbəsinin əməkdaşı Ülkər Əliyeva neokonfutsiçilik konsepsiyası və onun Çin fəlsəfəsində tutduğu yerdən bəhs ediblər.
Tədbirdə ADU-nun Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, professorlar Əli Məmmədov və Şükufə Cabbarova neokonfutsiçiliyin nəzəri xüsusiyyətləri, insan təbiətinin konsepti və etik-dini tədrisin aspektləri barədə danışıblar.
Sonda Şərq fəlsəfəsinin aktual problemləri haqqında fikir mübadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib
ADU-da Çin fəlsəfəsi mövzusunda elmi seminar keçirilib

Oxşar xəbərlər