Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR

Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR Professor Mixail Еnikeyev fantastik araşdırmalarını təqdim edib. O, uroloji klinikanın urologiya şöbəsinin müdiridir.

Tehsil-press.az-ın xəbər verir ki, professor deyir: "Biz xəstəyə əzab vermirik. Lazımsız əməliyyatlar etmirik. Yerli anesteziya altında və ümumiyyətlə bədxassəli şişi məhv edirik. Xərçəng dəhşətli xəstəlikdir. Ən ağır əməliyyatlar bəzən insanı ayağa qaldıra bilir. Burada isə... Belin aşağı hissəsinə iynə vururuq, şiş olan nahiyyədə 40 dərəcədə xərçəng hüceyrələri dondurulur. Sonra isə heliumla bu donmuş şiş təbii bədən hərarətinə çatana qədər qızdırılır. Temperatur dəyişir deyə, xərçəng hüceyrələri məhv olur. Ümumiyyətlə, xəstə əməliyyatdan bir neçə saat sonra evə gedə bilər. Əlbəttə ki, biz ilk dəfə belə bir əməliyyatı yerinə yetirəndə, xəstəni bir neçə gün stasionarda saxladılar, araşdırmalar, incələmələr aparıldı. Belə əməliyyatlar müasir texnika və tibb elminin son nailiyyətləri sayəsində mümkün olub. Aydındır ki, belə cərrahi müdaxilələr hamıya uyğun gəlməyə bilər. Məsələn, kiməsə ümumi narkoz altında əməliyyat etmək təhlükəli ola bilər".
Bu alternativ müalicə üsulu bir çox xərçəng xəstələri üçün ümid işığıdır.

Tehsil-press.az

Oxşar xəbərlər