“Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” monoqrafiyası çapdan çıxıb

“Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” monoqrafiyası çapdan çıxıb Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, professor Tərbiz Əliyevin və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Toğrul Poluxovun “Neftqazçıxarma sənayesi müəssisələrində kontrollinq” monoqrafiyası çapdan çıxıb.

İqtisadiyyat İnstitutundan tehsil-press.az-a bildiriblər ki, monoqrafiya sənaye müəssisələrinin idarə edilməsi prosesində kontrollinqin təşkili məsələlərinə həsr olunub.
Nəşrdə sənaye müəssisələrinin idarə edilməsi prosesində kontrollinqin təşkilinin nəzəri-metodoloji aspektləri – təkamülü, mahiyyəti, növləri, formalaşmasının texnologiyası, iqtisadi əhəmiyyəti şərh edilib, bu sahədə beynəlxalq təcrübə ümumiləşdirilib, ölkənin neftqazçıxarma sənaye müəssisələrində kontrollinq elementlərinin təşkilinin mövcud vəziyyəti, istehsalın səmərəliliyinə təsiri sistemli yanaşma əsasında təhlil olunub.
Monoqrafiyada, eyni zamanda, müəssisələrdə kontrollinq sisteminin yaradılması və tətbiqi alqoritmi, konsepsiyasının prinsipial sxemi verilib.
Nəşr mütəxəssislər, tələbə, tədqiqatçı və doktorantlar üçün nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər