Güləşçimiz Rusiyada bürünc medal qazanıb

Güləşçimiz Rusiyada bürünc medal qazanıb Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.

Azərbaycan Güləş Federasiyasından Tehsil-press.az-a verilən məlumata görə, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edib.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monqolustan idmançısı Tsetseqbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.
Həlledici görüşdə E.Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edərək turnirin bürünc medalını qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər