
Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" Nəşriyyat-Polqrafiya Mərkəzini yaradıb və onun direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb. N.Tağıyev evli imiş, onunla birlikdə həyatını itirən qadın isə subay olub.

* * *12:10
Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.
Tehsil-press.az-ın verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakinləri-1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüblər.
Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az