
Tehsil-press.az xəbər verir ki, “Selfly” adlı aparat təxminən 6 düymlük displeyi ilə istənilən mobil telefon üçün istifadə oluna bilər. Bununla yanaşı, cihazın əsas çatışmazlığı batareyasının zəif olmasıdır. Qurğunun akkumulyatoru yalnız 10 dəqiqə işləməyə imkan verir. Yeni cihazın qiyməti təxminən 80 ABŞ dolları təşkil edəcək.
Tehsil-press.az