Qız uşaqlarına qarşı ayrı-seçkilik edən valideynlər cəzalandırılacaq

Qız uşaqlarına qarşı ayrı-seçkilik edən valideynlər cəzalandırılacaq Qız uşaqlarına qarşı ayrı-seçkilik edən valideynlərə qarşı cəzalar tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişikliyin edilməsi təklif olunur.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bəzi valideynlər qız uşaqlarını idmana, orta təhsil alması üçün məktəbə getməyə qoymur və uşağı asılı vəziyyətdə saxlayırlar. Bu isə sonradan həmin qız uşaqlarının cəmiyyətdə öz yerini tutmasına ciddi əngəl törədir, onların savadsız və müdafiəsiz qalmasına səbəb olur.
Təklifdə bildirilir ki, qız uşaqlarına ayrı-seçkilik edən ata, ana, qardaş və ya kim olursa olsun, bu cəzalar onların hər birinə tətbiq olunmalıdır. Hüquqşünaslar belə cəzaların qanunvericiliyə daxil edilməsinin məişət zorakılığını azaldacağını düşünürlər.
Ekspert Xəyal Bəşirovun sözlərinə görə, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsinə beynəlxalq hüquq da geniş yer ayırır və bu sahədə Azərbaycanda atılacaq addımlar ciddi irəliləyişlərə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, təklif edilən dəyişikliklər qəbul olunarsa, Azərbaycan gender bərabərliyi sahəsində irəliyə doğru daha bir uğurlu addım atmış olacaq.



Tehsil-press.az

Oxşar xəbərlər